Videovoyage.ru
Добро пожаловать
Вход / Регистрация

Education in USA || Amerikada təhsil və təqaüdlər

Спасибо! Поделитесь с друзьями!

URL

Вам не понравилось видео. Спасибо за то что поделились своим мнением!

Sorry, only registred users can create playlists.
URL


Добавлено by Admin В Образование во Франции
55 Просмотры

Описание

Bu dəfəki blogumuz dünyanın ən güclü təhsil sisteminə malik olan Amerikada pulsuz təhsillə bağlıdır. Amerikada pulsuz təhsildən yararlanmaq istəyən beynəlxalq tələbələr üçün xüsusi təqaüd proqramları təklif edilir. Təqaüdlər bakalavr və magistr təhsili üçün keçərlidir. Bu Təqaüdlər 2 yerə bölünür :

Amerika Dövlətinin təqdim etdiyi təqaüd proqramlarıAmerika Universitetlərinin təqdim etdiyi təqaüd Proqramları

Bir çoxlarımızın haqqında eşitdiyi Foreign Fullbright Proqramı:

Bu Proqram Amerika Dövləti tərəfindən magistr və doktorluğu oxumaq istəyən tələbələr  üçün təqaüd proqramıdır. Təqaüdə illik təhsil haqqı, yaşayış və gediş-gəliş xərci daxildir. Proqramma dünyanın bir çox ölkələrindən, həmçinin Azərbaycanlı tələbələrdə müraciət edə bilər. Ümumilikdə hər il 1800 tələbə bu təqaüdü qazanır. Son müraciət tarixi 15 İyul 2014

Tələblər bağlı :

FullBright

American University Schoolarship:

Bu təqaüd Proqrammı Amerikan Universitetinə Attestatla qəbul olmaq istəyənlər üçün nəzərdə tutulub. Belə ki, proqrama qoşulmaq üçün tələbənin Attestat qiymətləri minimum 4 olmalıdır. IELTS 6.5 və ya TOEFL 90 olmalıdır. Təqaüdə yol pulu və sağlamlıq sığortası istisna olmaqla, illik təhsil haqqı, yaşayış və yemək xərcləri daxildir. Dərslər Avqust ayında başlayır. Son müraciət tarixi 15 Yanvar 2014

Tələblərlər bağlı :

American University

Berea Colleges :

Bu təqaüd proqramı 4 illik bakalavr təhsilini əhatə edir. Proqramma 4 illik təhsil haqqı, əksər hallarda yaşayış və qalmaq xərcləridə daxil olur. Tələblərə Attestat qiymətləri minimum 3.5 olmalıdır, IELTS nəticə bütün bölmələrdən 5.0 olmalıdır.  


“FLEX”  nə deməkdir?

Sovet İttifaqı respublikaları ilə gənclər mübadiləsi proqramları 80-ci illərdə həyata keçirilməyə başlandı. Lakin daha əvvəllər, 50-ci illərdə, ABŞ və SSRİ məktəbliləri və tələbələri arasında mübadilələr aparılırdı. FLEX proqramı yuxarı sinif şagirdləri üçün ilk uzun müddətli geniş proqramdır. Bu proqram keçmiş Sovet İttifaqı ölkələrinin xalqlarına Amerika xalqının dostluq əlini uzatmaq məqsədi ilə ABŞ Konqresi tərəfindən təsdiq edilmiş və yuxarı sinif şagirdləri üçün ABŞ-da bir il yaşamaqla ilk geniş miqyaslı mübadilə proqramı kimi yaradılmışdır.

Mövcud olduğu 25 il ərzində FLEX proqramı 26.000 nəfərdən artıq yuxarı sinif şagirdlərinə təqaüd təqdim etmışdir. 1000 nəfərə yaxın Azərbaycan şagirdi bu proqram vasitəsilə  ABŞ-da təhsil almışdır.Təqaüd əldə edən hər bir şagird bir il müddətində ABŞ-da ailədə yaşayacaq və orta məktəblərinin birində təhsil alacaqdır.

Fiziki cəhətdən məhdudiyyətləri olan şagirdlər də müsabiqədə iştirak etməyə dəvət olunurlar. Hər il təxminən 10-15 fiziki məhdudiyyətli yuxarı sinif şagirdi FLEX proqramın çərçivəsində ABŞ-da yaşayır və təhsil alır. Onlar da müsabiqəni ümumi əsaslarla keçirlər.

 

Təqaüd vasitəsilə nələr təmin edilir?

FLEX proqramın çərçivəsində yuxarı sinif şagirdlərinə təqdim olunan təqaüd aşağıdakıları təmin edir:

Yaşayış yerindən ABŞ-a və geriyə pulsuz bilet;Şagirdlərə ictimai həyatda iştirak etməyə və şəxsi istifadə əşyalarını almağa imkan verən aylıq təqaüd;İştirakçının bir il ərzində onun üçün seçilmiş ailəsində yerləşdirilməsi;Orta məktəblərinə qəbul;Proqramdan əvvəl və sonra keçirilən hazırlıq dadaxil olmaqla, orientasiya (istiqamətləndirmə) proqramında iştirak;ABŞ-da müxtəlif tədbirlərin təşkili;ABŞ-a gəlməzdən əvvəl olan xəstəliklər və stomoloji yardım istisna edilməklə təbii siğorta.

 

Təqaüd vasitəsilə nə təmin edilmir?

FLEX proqramın çərçivəsində yuxarı sinif şagirdlərinə təqdim edilən təqaüd aşağıdakıları təmin etmir:

Beynəlxalq pasportun alınması;Normadan artıq olan yüklərin keçirilməsi;Doğma ölkə ilə telefon danışıqları və internetdən istifadə ilə bağlı xərclər;Şagirdin şəxsi xərcləri aylıq təqaüd ilə təmin olunmur.

 

Proqramı kim maliyyələşdirir?

Məktəblilər üçün olan bu proqram ABŞ höküməti tərəfindən maliyyələşdirilir, təşkilati dəstək isə ABŞ dövlət departamentinin Təhsil və Mədəniyyət proqramları şöbəsi tərəfindən həyata keçirilir. Təhsil-Mədəniyyət məsələləri üzrə departament Amerikada və ondan xaricdə beynəlxalq təhsil və treyninq proqramları vasitəsi ilə mülki vətəndaşlar və təşkilatlar arasında şəxsi, işgüzar və təşkilati əlaqələr yaratmaqla həmçinin xarici ölkələrin auditoriyasında ABŞ-ın tarixini, cəmiyyətini, mədəniyyətini bütün özəlliyi ilə çatdıraraq, ABŞvə digər xalqlar arasında qarşılıqlı anlaşma yaratmağa çalışır.

Yerli səviyyədə isə proqramı təmənnasız və könüllü şagirdləri qəbul edən, ailələrdə yerləşdirən məktəblərdə təhsil almalarına imkan yaradan ABŞ vətəndaşları və orta məktəblər dəstəkləyirlər.

 

Proqramda kimlər iştirak edə bilər?

Mübadilə sahəsində ABŞ höküməti tərəfindən dəstəklənən və yeni müstəqil dövlətlərdə demokratik islahatlara yönəldilən bütün yeni təşəbbüslər kimi FLEX proqramın çərçivəsində ABŞ-da təhsil alacaq şagirdlərin seçimi açıq müsabiqə əsasında keçirilir və iştirakçılar heç bir xərc çəkmirlər.

#education #usa #təhsilədair

Написать комментарий

Комментарии

Комментариев нет.
RSS